Qənirə Paşayeva Əsəd Cahangiri yubileyi münasibəti ilə təbrik edib

Qənirə Paşayeva Əsəd Cahangiri yubileyi münasibəti ilə təbrik edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva AYB İdarə heyətinin üzvü, “Azərbaycan” jurnalının Baş redaktor müavini Əsəd Cahangirlə Mədəniyyət Komitəsində görüşüb, onu 55 illik yubileyi münasibəti ilə təbrik edib, uğurlar arzulayıb: “Sizi 55 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz BDU-nun Filologiya fakültəsinin məzunusuz. Tələbəlik illərindən yaradıcı fəaliyyət göstərmiş, müxətlif mətbu orqanlarda müxbir, xüsusi müxbir və mədəniyyət şöbəsinin müdiri kimi çalışmış, ədəbiyyat, incəsənət məsələlərini çevrələyən onlarla məqalə ilə çıxış etmisiz.
Azərbaycan yazıçılarının X qurultayı öncəsi keçirilən konfransda poeziya üzrə, yazıçıların XI qurultayı öncəsi keçirilən konfransda dramaturgiya üzrə məruzəçi olmusuz.
Mahmud Kaşğarlının “Divanü lüğət-it-Türk” əsərindəki bədii örnəklərin inteqrativ təhlilini apardığınız “Qədim türk ədəbiyyatının linqvistik poetiksı”, Xalq yazıçısı ANAR və Günel Anarqızının bədii nəsr yaradıcılığı haqqında “Ağ saç, qara saç”, Xalq yazıçısı ELÇİNin yaradıcılığı haqqında “On üçüncü gecə” kimi müəllif kitablarınız, Tatarıstanın Xalq şairi Robert Minnullinin şeirlər toplusu “Ətirli yarpaqlar”, erməni soyqırımı mifini ifşa edən rəsmi sənədlər toplusu “Erməni soyqırımı: mif, yoxsa gerçəklik” kimi tərcümə kitablarınız məhsuldar yaradıcılığınızdan xəbər verir.
Siz Prezident təqaüdünə, Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə”, AYB-nin Aydın Məmmədov adına, Cəlaləddin Rumi adına, Yaşar Qarayev adına, eləcə də, “Vektor”un Şahmar Əkbərzadə adına mükafatına layiq görülmüsüz.
Sizi yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
Q.Paşayeva Ə.Cahangirə Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Ə.Cahangir səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
Bir 2 people, including Esad  Cahangir və ayaqüstə duran insanlar şəkili ola bilər

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle