G7-də qalmaqal: Makron Consonla mübahisə etdi

G7-də qalmaqal: Makron Consonla mübahisə etdi

Böyük Yeddilik sammitində Fransa Prezidenti Emmanuel makronla Britaniya Baş naziri Boris Conson arasında mübahisə baş verib.

Turkustan.info xəbər verir ki, bu barədə “Röyters” yüksək çinli fransız diplomata istinadla məlumat yayıb.

Mübahisənin Breksitə görə baş verdiyi bildirilib.

Mənbənin sözlərinə görə, Conson Brelsit probleminin müzakirəsini daim aktiv saxlayıb. Bu isə Makronu əsəbiləşdirib. Makron gündəmdə xeyli mövzu olmasına baxmayaraq, Breksit məsələsini qaldırdığına görə Consona ciddi etirazını bildirib.

“Deməyin ki, siz Britaniyanın AB-dən çıxması barədə sənədi imzalayarkən hara getdiyinizi bilmirdiniz”, – Makron deyib.

Qeyd edək ki, Britaniya AB-dən 1 fevral 2020-ci ildə çıxıb. Bundan sonra tərəflər arasında ticarət sazişləri də daxil olmaqla, bir sıra problemlər yaranıb.  /Axar.az/

Paylaş:

Share