Qənirə Paşayeva Vətən Müharibəsində könüllü iştirak etmiş bir qrup aşpazla görüşüb

Qənirə Paşayeva Vətən Müharibəsində könüllü iştirak etmiş bir qrup aşpazla görüşüb

MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Azərbaycan Milli Kulinariya Assosasiyasının Vətən Müharibəsində könüllü iştirak etmiş bir qrup aşpaz üzvü ilə Mədəniyyət Komitəsində görüşüb.
Görüşdə iştirak edən aşpazların öz işlərinə sevgi və peşəkarlıqla yanaşdığını və bu sevgini, peşəkarlığı 44 günlük Vətən Müharibəsi günlərində könüllü olaraq aşpazlıq etdiklərini minnətdarlıqla bildirib:
“Siz, öz bilik, bacarıq və bütün digər imkanlarınızla Vətən Müharibəsi vaxtı aşpaz olaraq çalışmısız. Bu xidmətiniz diqqətə və təqdirə layiqdir. Çox sağ olun!
İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sizlərin də sevincinizi bölüşür, təbrik və təşəkkürlərimi yetirirəm!
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
Q.Paşayeva aşpazlara, üzəri Azərbaycan bayrağı işləmli qol saatı və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
Ağa Aşurov, Röyal Baxışov, Yadigar Bayramlı, Məmməd Vəlixanov, Rəşad Davudov və Nəsir Qədirovla görüşdə Azərbaycan Milli Kulinariya Assosasiyasının və Milli Kulinariya Mərkəzinin rəhbəri, Əməkdar Mədəniyyət işçisi Tahir Əmiraslanov iştirak edib.

Paylaş:

Share