Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan verilən məlumata görə, iyunun 7-dən 12-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 596, tank əleyhinə 54 mina və 144 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 116 762 m² (111,6 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.    /Cebhe.info/

Paylaş:

Share