“Hər Şəhid Bir Çinardır” Adlı Yazı Müsabiqəsinin Mükafatlandırma Mərasimi Keçirilib

“Hər Şəhid Bir Çinardır” Adlı Yazı Müsabiqəsinin Mükafatlandırma Mərasimi Keçirilib

Qarabağ şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyin təşkilatçılığı ilə həyata keçirilən “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Tədbir bütün şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad edilərək başlanılıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib. Gəncliyə Yardım Fondunun prezindenti Ahmet Tecim Azərbaycan və Türkiyə Respublikasının qardaşlıq ənənəsindən və onun əhəmiyyətindən bəhs edib və şəhidlik adının ucalığı və əhəmiyyəti haqqında danışıb. Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərabycandakı səfirliyinin təhsil üzrə müşaviri Nihat Büyükbaş, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raquf Abbasov, Müdafiə Nazirliyinin mətbuat xidməninin rəisi Anar Eyvazov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, xalq artisti Nurəddin Mehdixanlı və əməkdar artist Fərqanə Qasımova, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova və Aprel döyüşlərində şəhid olan Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxış ediblər. Xalq artisti Nurəddin Mehdixanlı və əməkdar artist Fərqanə Qasımova şəhidlərə həsr etdikləri musiqi çələngini ifa ediblər.
Tədbirin sonunda müsabiqəsində yer tutmuş şagirdlər sertifikat və dəyərli hədiyyələrlə mükafanlandırılıb. Müsabiəqədə 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülüb, 14 nəfər isə fərqlənmiş olaraq qiymətləndirilib. Müsabiqədə paytaxtın 9 rayonunu təmsil edən 20 tədris ocağı mükafatçılar sırasına düşüb.
Bir 1 kişi ve ayakta görseli olabilir
Bir 1 kişi, ayakta ve yazı görseli olabilir
Bir 1 kişi, çocuk ve ayakta görseli olabilir
Bir 1 kişi, çocuk, ayakta ve bisiklet görseli olabilir
Bir bir veya daha fazla kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve yazı görseli olabilir
Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir

Paylaş:

Share