NATO-dan Türkiyəyə minnətdarlıq

NATO-dan Türkiyəyə minnətdarlıq

“Türkiyə üçün təhlükəsizlik tədbirlərinə dəstəyimiz artıb”.

Turkustan.info xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO sammitindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Y.Stoltenberq bunun tam olaraq tətbiq olunması üçün NATO-Türkiyə əlaqələrinin davam etdiyini vurğulayıb:

“Suriyadan Türkiyəni vura və ya təhdid edə biləcək raket atışlarına qarşı ayıq-sayıq olmağa davam edirik. Müttəfiqimiz olan Türkiyəyə milyonlarla suriyalıya ev sahibliyi etdiyinə görə təkrar minnətdarlığımızı bildiririk”.  /Modern.az/

Paylaş:

Share