“Şuşada imzalanacaq saziş bölgənin təhlükəsizliyini gücləndirəcək” – Ekspert

“Şuşada imzalanacaq saziş bölgənin təhlükəsizliyini gücləndirəcək” – Ekspert

“Şuşada iki qardaş ölkə arasında imzalanan saziş regionada Türk birliyinin güclənməsinə təkan verəcək”.

Bunu ictimai fəal, ekspert Hacı Ələsgərov bildirib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada imzalanacaq saziş iki qardaş ölkənin bölgədə güclənməsinə səbəb olacaq:

“Bu, həm də bölgədə yeni imkanların yaranacağına işarədir. Qardaş Türkiyə vətən müharibəsində Azərbaycanın yanında oldu. Sevindirici hal odur ki, bu gün qardaş Türkiyə Qafqazdadır. Bölgədə baş verən prosesləri izləyir. Rahatlıqla demək olar ki, Türkiyə kənarda deyil və hadisələrin içindədir. Bu isə Azərbaycanın mövqeyini gücləndir”.

Ekspert qeyd edib ki, bölgədə dağıdıcı qüvvələrin maraqları fiaskoya uğrayıb.

“Şuşada imzalanacaq saziş bölgənin təhlükəsizliyini gücləndirəcək. Yeni iqtisadi imkanlar, nəqliyyat infrastrukturunun inkişafına dəstək olacaq. Ermənistan rəhbərliyi bunu düzgün dəyərləndirməlidir. Onlar yenə də köhnə ampluasında yaşayacaqlarsa, düşdükdləri rəzil durumdan çıxa bilməyəcəklər”.

Paylaş:

Share