“İrəvana nə zaman çatacaqlarını deyə bilmərəm, lakin belə davam etsə…” – Movses Hakobyan

“İrəvana nə zaman çatacaqlarını deyə bilmərəm, lakin belə davam etsə…” – Movses Hakobyan

“Bu gün Ermənistanın dövlət sərhədində baş verənlər 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış sənədlə nəzərdə tutulub”.
Turkustan.info xəbər verir ki, bunu erməni hərbi xadim, Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Hakobyan deyib.
“Orada təsbiq edilmiş daha pis bəndlər var, bunların prosesi hələ başlamayıb. Mən buna hələ ötən il noyabrda toxunmuşam. Demişəm ki, Vardenis və Sünikdə bu cür problemimiz olacaq”, – deyə o qeyd edib.
Jurnalistin “Mümkündürmü ki, bir gün də oyanaq və rəqibin artıq paytaxtın darvazalarının yanında olduğunu anlayaq?” sualına Movses Hakobyan belə cavab verib: “İrəvana nə zaman çatacaqlarını deyə bilmərəm, lakin belə davam etsə, rəqibi çıxarmaq istiqamətində müvafiq tədbirlər görülməsə, vətənimiz hər gün hissə-hissə, parça-parça rəqibin əllərinə düşəcək”. (ordu.az)

Paylaş:

Share