Putindən 120 min azərbaycanlını sevindirəcək QƏRAR

Putindən 120 min azərbaycanlını sevindirəcək QƏRAR

Rusiya Prezidenti Vladimir Putin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qalma müddətini 30 sentyabra qədər uzadıb.

Turkustan.info xəbər verir ki, bu məlumat Kremlin saytında yer alıb. Sərəncama əsasən, bu tarixə qədər ölkəni tərk etməyənlər məcburi şəkildə Rusiyadan çıxarılmayacaq.

Qərarın yalnız Rusiya milli təhlükəsizliyinə təhdid yaradan əcnəbilərə aid olmadığı vurğulanıb.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə ərazisində 120 min azərbaycanlı miqrant qanunsuz fəaliyyət göstərir. (axar.az)

Paylaş:

Share