Ərdoğan Milli Məclisdə: “Bütün dünya bilsin ki…”

Ərdoğan Milli Məclisdə: “Bütün dünya bilsin ki…”

“Bütün dünya bilsin ki, Türkiyə hər zaman olduğu kimi bundan sonra da Azərbaycanın yanında olacaq”.

Turkustan.info xəbər verir ki, sözləri bu dəqiqələrdə Azərbaycan Milli Məclisində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Ərdoğan bildirib ki,  Çanaqqala savaşında, İstiqlal savaşında, Qafqaz İslam Odrusunun müqəddəs missiyasında olduğu kimi bundan sonra da iki qardaş ölkə və xalq bir-birinə dəstək verəcək, birlikdə yürüyəcək. 

Türkiyə Prezidenti bildirb ki, bölgədə sülhün hakim olması üçün Qafqaz dövlətləri birlikdə çalışmalıdırlar: “Zəngəzur koridoru ilə bağlı Gürcüstanın narahatlıqları vardı. Mən bu günlərdə baş nazirlə danışdım, bildirdim ki, bu bölgədə əməkdaşlıq hamının, Gürcüstanın da xeyrinədir. Bir daha Qafqazlara kimsənin əsarət zincirini vuramaması üçün birlikdə çalışmalıyıq”.

Paylaş:

Share