Bakıda azarkeşlərdən Ərdoğana dəstək – VİDEO

Bakıda azarkeşlərdən Ərdoğana dəstək – VİDEO

Türkiyə və Uels yığmaları arasında AVRO-2020 A qrupunun II tur matçını izləmək üçün Bakıya gələn türk azarkeşlər hazırda Azərbaycan paytaxtında olan ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək nümayiş etdiriblər.

Turkustan.info xəbər verir ki, bir qrup tərəfdar prezidentin qaldığı otelin qarşısına toplaşaraq böyük bayraq açıb və “Türkiyə”, “Rəcəb Tayyib Ərdoğan” şüarları səsləndirib.
Öz növbəsində Ərdoğan əvvəlcə otelin eyvanından fanatları salamlayıb. O, oteldən ayrılarkən isə azarkeşlərin yanına gedərək onlarla söhbət edib.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə – Uels matçı saat 20:00-da başlayacaq. Görüşü Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tribunadan izləyəcəklər.  /Bakupost.az/

Paylaş:

Share