Bakıda çimərliyi insanların üzünə bağladılar – FOTO

Bakıda çimərliyi insanların üzünə bağladılar – FOTO

Bakı çimərliyi açılar-açılmaz vətəndaşlar üçün müəyyən problemlər yaranıb.

Turkustan.info Baku.ws-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bilgəh qəsəbəsində “Daçnikov” çimərliyinə gedən giriş vətəndaşlar üçün bağlanıb.

Belə ki, çimərliyə giriş yol dəmir arakəsmə ilə qapadılıb. Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olub.

Sayt məsələyə aydınlıq gətirmək üçün Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, bu məsələ araşdırılacaq. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək.

 

Paylaş:

Share