Qənirə Paşayeva professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabının təqdimat mərasimində çıxış edib

Qənirə Paşayeva professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabının təqdimat mərasimində çıxış edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Kitabxanada “Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir və Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabının təqdimat mərasimində çıxış edib.
Milli Kitabxanada baş tutan tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, YAP Səbail rayon təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə düzənlənib.
Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Direktor vurğulayıb ki, Azərbaycan xalqı, Azərbaycansevərlər bu günlərdə Milli Qurtuluş Gününü qeyd edir. Milli Qurtuluş Günü çağdaş dövlət müstəqilliyimiz tarixinə daxil olan dövlət bayramlarından biridir.
O, bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan xalqını böyük bəladan xilas etmişdir. Xalqın müqəddəratında müstəsna rol oynayan Ulu Öndərimiz tariximizə xilaskar kimi daxil olmuşdur.
Aparıcı ilk çıxış üçün sözü Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya verib. Q.Paşayeva ilk öncə Milli Qurtuluş Günü öncəsi belə bir tədbirin təşkilinə görə, evsahibi Milli Kitabxana rəhbərliyinə, bütün əlaqədar qurum və quruluşlara öz təşəkkürünü bildirib.
“Milli Qurtuluş Günü Azərbaycanın ən yeni dövr tarixi üçün xüsusi əhəmiyyətli günlərdən biridir. Belə ki, həmin tarixdə Azərbaycan parçalanma təhlükəsindən xilas olmuşdur. Həmin xilası isə Ulu öndərimiz Heydər Əliyev həyata keçirmişdir.
Heydər Əliyevin Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olmuşdur. Biz Ulu Öndərimizin Azərbaycan xalqı, ölkəmiz üçün gördüyü xidmətləri sadalamaqla bitirə bilmərik.” – Komitə sədri vurğulayıb.
Daha sonra o, professor Qəzənfər Paşayevə “Xilaskarlar” kitabını yazdığına görə öz təşəkkürünü bildirib.
Xilaskarlar kitabının araya-ərsəyə gəlməsini bir ustad ziyalının, məhsuldar alimin Vətən Müharibəsinə, tarixi zəfərimizə operativ və keyfiyyətli, qalıcı, təsirli yaradıcı işi kimi xarakterizə edib.
Q.Paşayeva qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə müzəffər Azərbaycan ordusunun 44 gün içində torpaqlarımızı işğaldan azad etməsi unikal tarixi hadisədir. “Dünyada, regionda cərəyan edən fərqli hadisələrdən məntiqi nəticə çıxaran professor Qəzənfər Paşayev “Xilaskarlar” kitabını yazıb. Oxuculara təqdim olunan “Xilaskarlar” kitabı professor Qəzənfər Paşayevin azərbaycançılıq tədqiqatlarında yeni hadisədir. Bu vaxta qədər azərbaycançılıq ideallarından əsasən elm və ədəbiyyat baxımından söz açan Qəzənfər Paşayev, “Xilaskarlar” kitabında ilk dəfə olaraq azərbaycançılıqdan ictimai-siyasi müstəvidə bəhs edib.” – Komitə sədri söyləyib.
Tədbirin sonunda qonaqlar “15 İyun – Milli Qurtuluş Günüdür” adlı sərgi ilə tanış olub.
No description available.
No description available.

Paylaş:

Share