İranın yeni prezidenti xarici siyasətini elan etdi

İranın yeni prezidenti xarici siyasətini elan etdi

İranın xarici siyasəti 2015-ci il nüvə anlaşmasından ibarət olmayacaq, əksinə, bütün dünya ilə qarşılıqlı əlaqədə olacağıq.

Turkustan.info xəbər verir ki, bunu İranın yeni prezidenti İbrahim Rəisi deyib.

O, hökumətin xarici ölkələrlə diplomatiya aparmağa davam edəcəyini və bu yanaşmanın nüvə anlaşmasının dirçəldilməsi ilə bağlı davam edən danışıqlarla məhdudlaşmayacağını vurğulayıb:

“Dünya ilə qarşılıqlı əlaqədə olacağıq. İran xalqının mənafelərini nüvə razılaşmasına bağlamayacağıq. Ölkəmizin maraqları təmin olunmadıqca nüvə anlaşması barədə danışıqlar aparmaq niyyətimiz yoxdur”.

Rəisi nüvə razılaşmasının ləğv edilməsindən yalnız ABŞ-ın cavabdeh olmadığını, Trampın geri çəkilməsindən sonra AB-nin də razılaşma üzərindəki vəzifələrini yerinə yetirmədiyini bildirib. (axar.az)

Paylaş:

Share