Nəsib bəy Yusifbəylinin dünyagörüşündə maarifçilik, türkçülük və azərbaycançılıq

Nəsib bəy Yusifbəylinin dünyagörüşündə maarifçilik, türkçülük və azərbaycançılıq

Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

II Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

 

Nəsib bəy Yusifbəyliyə görə, is­lam öl­kə­lə­rin­də ya­lan­çı ru­ha­ni­lər, din xa­dim­lə­ri tə­rəq­qi­ni, in­ki­şa­fı is­la­mın əley­hi­nə olan an­la­yış­lar ki­mi qə­lə­mə ve­rir, üs­tə­lik türk-mü­səl­man xalq­la­rı­nın tə­rəq­qi və in­ki­şaf uğ­run­da ça­lı­şan­la­rı, o cüm­lə­dən qa­baq­cıl mü­əl­lim­lə­ri ka­fir elan edir­lər. O, ya­zır­dı: “Za­va­lı biz­lər! Bu və­zi­fə­lə­rin həp­si­ni öz öh­də­miz­də bu­lun­du­ru­yo­ruz, bu haq­da bir çox də­fə­lər söy­lə­miş ol­du­ğum söz­lə­ri tək­rar edə­cə­yim. Bu məd­rə­sə­də, bu mü­qəd­dəs bi­na­da xid­mət et­mək üçün yal­nız mü­əl­lim ol­maq ka­fi de­yil­dir, fə­da­kar ol­maq la­zım­dır. Həm  də na­sıl fə­da­kar. Xid­mə­tin təq­dir edil­mək­dən məa­də bir çox if­ti­ra və pək çox böh­tan­la­ra da hə­dəf ola­caq­san. Ne­cə ki, olu­yo­ruz. Xid­mə­ti­mi­zin ali və mü­qəd­dəs ol­du­­ğu­nu kən­di­miz üçün ka­fi də­rə­cə­də mü­ka­fat ədd edə bil­məz­sək, baş­­qa bir iş aram­lı­yız, bu­ra­dan qaç­ma­lı­yız, vəs­sa­lam!”.[1]

Ümu­miy­yət­lə, Rza bəy­lə­rin tim­sa­lın­da o, gə­lə­cə­yin ye­ni­ləş­mə və mil­lət­çi­lik­lə bağ­lı ol­ma­sı­na ina­nır­dı. Onun fik­rin­cə, ar­tıq ge­ri­lik­çi fi­kir­lər­lə mil­lə­ti irə­li apar­maq müm­kün de­yil­dir. Çün­ki mü­ha­fi­zə­kar dü­şün­cə­lər mil­lə­tin bir nöq­tə­də di­rə­nib qal­ma­sın­dan baş­qa heç bir şe­yə xid­mət et­mir. Bu cür dü­şün­cə­li in­san­la­rın, o cüm­lə­dən mü­əl­lim­­lə­rin ye­ni mək­təb­lər­də öz iş­lə­ri­ni da­vam et­dir­mə­si­ni təh­lü­kə­li he­sab edir­di. Bu fi­kir­lə­ri Yu­sif­bəy­li Rza bə­yin di­lin­dən ya­zır­dı: “Bil­məm, tər­biy­ye­yi-mil­liy­yə­miz ol­ma­dı­ğın­­dan­­mı, yox­sa qa­ye­yi-mil­liy­yə­mi­zin nə ol­du­ğu­na ədə­mi-vü­qu­fi­miz­dən­­mi, nə­dən­dir iş ba­şın­da bu­lu­na­caq ada­mı­mız yox­dur. Da­rül­fü­nun ik­mal edən­lə­ri­mi­zə va­rın­ca­ya qə­dər öy­lə adi mə­sə­lə­lər­də bə­zi öy­lə bö­yük səhv­lər ya­pı­yor­lar ki,   in­san şa­şı­yor. Val­la­hi bü­tün şə­hə­ri gü­nüz fa­nar­la ara­sa­nız, mək­təb nə ol­du­ğu­nu, mə­dər­sə nə de­di­gi­ni həq­qi­lə an­la­yan üç adam gö­rə­məz­si­niz. Mil­li mək­təb­lə döv­lət mək­təb­­lə­ri­­nin, hə­qi­qi məd­rə­sə ilə əs­ki xə­ra­bə­lə­rin fər­qin­də bu­lu­nan beş adam bu­la­maz­sa­nız”.[2]

Yu­sif­bəy­li əsə­rin so­nun­da Mol­la Mah­mud­­un ye­ni mək­təb­də dərs de­mək qə­ra­rı­na gəl­mə­si­ni qeyd et­miş­dir. Bu o de­mək idi ki, ar­tıq cə­miy­yə­tin ye­ni­ləş­mə­sin­dən baş­qa yol yox idi.

Ümu­miy­yət­lə, Yu­sif­bəy­li­nin hə­ya­tın­da maa­rif­çi­lik hər da­im mü­hüm yer tut­muş, o, Seym və Cüm­hu­riy­yət hö­ku­mət­lə­rin­də maa­rif na­zi­ri və­zi­fə­si­ni ic­ra et­miş­dir. Mə­sə­lən, o, Cüm­hu­riy­yət  par­la­men­tin­­də­ki çı­xış­la­rın­da bə­yan edir­di, Azər­bay­­ca­nın is­tiq­la­lı, gə­lə­cə­yi yal­nız maa­ri­fə bağ­lı­dır: “Mil­li Maa­ri­fi­miz, mil­li mək­tə­bi­miz irə­li­lə­mə et­məz­sə bi­zim üçün xoş­bəxt­lik və ni­cat ümi­di qal­maz. Hö­ku­mət bu­nu bi­lir, bu­nun üçün ib­ti­dai təh­si­lin ümu­mi ol­ma­sı­na əsas ha­zır­la­ma­ğa və bu sent­yabr­da ib­ti­dai mək­təb­lər aç­ma­ğa tə­şəb­büs edə­cək. Sə­na­ye mək­təb­lə­ri­nə ay­rı­ca diq­qət edə­cək. Möv­cud or­ta mək­təbl­lər­dən bir qis­mi ya­vaş ya­vaş mil­li­ləş­di­ri­lə­cək, di­gər qis­mi isə mü­səl­man ol­ma­yan uşaq üçün Rus da­vam edə­cək. Hər mil­lə­tin öz di­lin­də oxu­ma­sı­na heç bir ma­neə ol­ma­dı­ğın­dan uşaq­la­rı üçün hö­ku­mət he­sa­bı­na mək­təb­lər açı­la­caq. […] Mü­əl­lim­lə­rə olan eh­ti­ya­cı­mı­zı qar­şı­la­maq üçün ki­fa­yət qə­dər da­rül­mü­əl­li­min­lər aç­maq­la bə­ra­bər, xa­ric­dən də mü­əl­lim­lər də­vət et­mə­yə ça­lı­şa­caq. Dərs ki­tab­la­rı da az­dır. Maa­rif Nə­za­rə­ti bu­nun ça­rə­si­ni dü­şü­nə­cək­dir. Şim­di­dən ko­mis­­si­ya­lar təş­kil edil­miş­dir. Bir çox ki­tab se­çil­miş və ta­rix. Bun­la­rın nəş­ri­nə tə­ci­li baş­la­ya­raq sent­yab­ra­dək lü­zum gö­rü­lən ki­tab­la­rı ta­ma­mi­lə or­ta­ya qoy­ma­ğa və tə­da­rü­kə cəhd edə­cək.  Hö­ku­mət yük­sək təh­si­li də dü­şün­müş­dür. Bu­nun üçün yük­sək əkin­çi­lik mək­tə­bi haq­qın­­da qa­nun la­yi­hə­si bə­yən­mə­yi­niz üçün təq­dim edil­miş­­dir. Tif­lis­də­ki Qaf­qaz Uni­ver­si­te­ti pay­tax­tı­­mı­za nəq­li üçün mü­za­ki­rə­lə­rə gi­ri­şi­lə­rək sent­yabr əv­vəl­lə­rin­də dərs­lə­rə bu­ra­da da­vam edil­mə­si­nə ça­lı­şı­la­­caq. Uni­ver­si­te­ti­miz­də, tə­bii, di­li­mi­zin, ta­ri­xi­mi­zin, ədə­biy­ya­tı­mı­zın in­ki­şa­fı­na, xid­mət edə bi­lə­cək stul­lar açı­la­caq”.[3]  

Par­la­men­tin baş­qa bir ic­la­sın­da Yu­sif­bəy­li bir da­ha maa­rif­çi­lik, o cüm­lə­dən maa­rif­çi­li­yin ya­yıl­ma­sın­da mü­əl­lim­lə­rin ro­lun­dan bəhs et­miş­dir. Onun fik­rin­cə, mü­əl­lim­lər maa­rif­çi­li­yi təb­liğ edən əsas qüv­və­dir ki, bu an­lam­da mü­əl­lim­lə­rin maa­şı­nın ar­tı­rıl­ma­sı tə­bii bir mə­sə­lə­dir: “Mü­əl­lim­lə­rin maa­şı­nı nə qə­dər ar­tır­sa­nız yə­qin edin ki, bun­dan bir şey qa­çır­ma­yın, çün­ki bi­zim var­lı­ğı­mız və gə­lə­cə­yi­miz an­caq mü­əl­lim­lə­rin əlin­də­dir. Mü­əl­lim nə qə­dər ac ol­sa, nə qə­dər gö­zü ət­raf­da və öz­gə əlin­də ol­sa, əlb­bə­tə ki, o mü­əl­lim bir şey ve­rə bil­məz və o mək­təb­dən bir şey çıx­maz”.[4] Be­lə­lik­lə, mü­əl­lim­lə­rin maa­şı­nın art­ma­sı­na hö­ku­mə­tin eti­raz et­mə­di­yi­ni, ək­si­nə bu­na dəs­tək ver­di­yi­ni Nə­sib bəy par­la­men­ta­ri­lə­rin diq­qə­ti­nə çat­dır­mış­dır. 

N.Yu­sif­bəy­li is­lam­çı­lı­ğı isə mü­səl­man öl­kə­lə­ri­nin va­hid döv­lət ha­lın­da bir­ləş­mə­si və sa­ir ki­mi de­yil, mə­nə­vi bir­lik ola­raq qə­bul et­miş­dir. O, xü­su­si­lə bə­zi Av­ro­pa mü­tə­fək­kir­lə­ri­nin or­ta­ya at­dı­ğı “pa­nis­la­mizm” an­la­yı­şın qə­bul et­mir və onu mü­da­fiə edən is­tə­ni­lən qüv­və­yə qar­şı çı­xır­dı.  Onun fik­rin­cə, bü­tün mü­əsl­man xalq­la­rı­nın bir döv­lət­də bir­ləş­mə­si bir uto­pi­ya­dır. Bu cür uto­pi­ya­lar­la uğ­raş­maq­­dan­sa, da­ha re­al iş­lər gö­rül­mə­li və mü­səl­man mil­lət­lə­ri­nin mə­də­ni sə­viy­yə­si­nin yük­səl­mə­si­nə ça­lı­şıl­ma­lı­dır: “Bir if­ti­ra qal­ma­dı ki, on­lar mü­səl­man­la­rın üs­tü­nə at­ma­sın­lar: ca­had­dan­mı cəhd et­mə­di­lər, “it­ti­ha­di is­lam” ilə­mi döv­lə­ti qor­xu­dub fə­na ha­lı­mı­zın da­ha da fə­na­laş­ma­sı­na tə­şəb­büs et­mə­di­lə­r?”.[5]

O, ya­zır­dı ki, er­mə­ni­lə­rin isə “İt­ti­ha­di-İs­lam” mə­sə­lə­si­ni ön pla­na çı­xart­maq­da  məq­sə­di xris­ti­an din qar­daş­la­rı­nın yar­dı­mı­na ümid et­mə­lə­ri­dir Bu ba­xım­dan er­mə­ni­lə­rin qə­zet­lər­də mü­səl­man­la­ra at­ma­dıq­la­rı if­ti­ra və böh­tan qal­ma­mış­dır. O, ya­zır­dı: “Bu yıl­lar­da “İt­ti­ha­di-İs­lam” xü­su­sun­da nə­lər ya­zıl­ma­dı, nə­lər söy­lən­mə­di. Er­mə­ni­lər ge­cə­lə­ri ya­tıb bu xü­sus­da qu­ra­ma­lar dü­zəl­dib, rö­ya­lar gö­rüb gün­düz­lər dün­ya­nın hər bir bil­mə­na xə­bər­lər ya­zıb qə­ze­tə­lə­ri dol­du­rur­lar”.[6] Yu­sif­bəy­li­yə gö­rə, er­mə­ni­lər boş xül­ya­da­dır­lar və on­la­rın id­dia et­di­yi mə­na­da mü­səl­man­la­rın va­hid döv­lət­də bir­ləş­mə­si­nə heç eh­ti­yac da yox­dur. Çün­ki mü­səl­man­lar xris­ti­an­la­ra ya da baş­qa qey­ri-mü­səl­man­la­ra qar­şı va­hid döv­lət­də bir­ləş­mək de­yil, öz da­xi­lin­də bir­lik və bü­töv ol­maq yol­la­rı­nı ara­yır. O, ya­zır­dı ki, İs­lam bir­li­yi mə­sə­lə­sin­dən na­ra­hat olan yal­nız er­mə­ni­lər de­yil, həm də Av­ro­pa­nın qa­baq­cıl zi­ya­lı­la­rı, on­la­rın mət­bua­tı­dır. Av­ro­pa­lı­lar he­sab edir­lər ki, bü­tün mü­səl­man­lar va­hid bir döv­lət ya­rat­sa­lar ya da Os­man­lı Tür­ki­yə­si­nin ət­ra­fın­da bir­ləş­sə­lər on­lar üçün təh­did ya­ra­da­caq­lar. Ona gö­rə, bə­zi mü­səl­man mü­tə­fək­kir­­lə­ri­nin İs­lam bir­li­yi yö­nün­də­ki ya­zı­la­rı da mə­sə­lə­ni da­ha da çə­tin­ləş­dir­miş­di.[7]

N.Yu­sif­bəy­li İs­lam di­ni, İs­lam bir­li­yi mə­sə­lə­lə­ri­nə son­ra­lar da həs­sas­lıq­la ya­naş­mış­dır. O, Türk Ədəm-Mər­kə­ziy­yət Par­ti­ya­sı­nın səd­ri ol­du­ğu za­man İs­lam di­nin­dən sui-is­ti­fa­də et­mə­yə ça­lı­şan mü­ha­­fi­zə­kar it­ti­had­çı­la­ra qar­şı da mü­ba­ri­zə apar­ma­lı ol­muş­dur. Çün­ki hə­min dövr­də Gən­cə­də it­ti­had­çı­lar “Mə­həm­mə­di” fir­qə­si ya­ra­da­raq Türk Ədəm-Mər­kə­ziy­yə­ti din­siz­lik­də it­ti­ham edir­di­lər. Bu­nun­la bağ­lı hə­min ha­dis­lə­rin şa­hi­di ol­muş N.Yu­sif­bəy­li­nin ya­xın si­lah­da­şı  Na­ğı Şeyx­za­man­lı son­ra­lar ya­zır­dı: “Əv­vəl­cə biz fi­kir ver­mə­dik, bi­zim par­ti­ya­mız Türk “Ədə­mi-Mər­kə­ziy­yət” fir­qə­si bü­tün mil­li mə­sə­lə­lə­ri­mi­zi öz proq­ra­mın­da əks et­miş­di və çox qüv­və­li idi. Bü­tün zi­ya­lı­lar, ta­cir­lər, ağıl­lı adam­lar ha­mı­sı fir­qə tə­ra­fın­da idi­lər. An­caq son­ra­lar bax­dıq ki, mol­la­lar işi­mi­zə ma­ne­çi­lik edir­lər, əley­hi­mi­zə təb­li­ğat apa­rır­lar. Xal­qa de­yir­lər ki, fir­qə li­de­ri Nə­sib bəy bir ki­tab çxar­mış, ət­ra­fı­na gənc­lə­ri top­la­mış və id­dia edir ki, Qu­ra­ni-Kə­ri­mi atın. O, köh­nə­lib­di. “Ye­ni ki­tab” (fir­qə proq­ra­mı) da­ha mü­qəd­dəs­dir. Bu­nun üçün biz bö­yük bir xalq yı­ğın­ca­ğı ke­çir­dik, on­la­rın əley­hi­nə sü­but­lar gə­tir­dik. On­la­rın xal­qın qar­şı­sın­da məğ­lub et­dik və xalq tə­rə­fin­dən bə­yə­nil­miş be­lə bir qə­rar çı­xart­dıq: Mol­la­lar, xo­ca­lar məs­cid­lər­də otu­ra­raq ni­kah bağ­la­ya­caq­lar, cə­na­zə mə­ra­sim­lə­ri ke­çi­rə­cək­lər, xal­qın an­la­maq is­tə­di­yi di­ni mə­sə­lə­lə­ri izah edə­cək­lər və qə­tiy­yən dün­yə­vi iş­lə­rə qa­rış­ma­ya­caq­lar. Di­ni iş­lə­ri­miz­lə on­lar, mil­li iş­lə­ri­miz­lə yal­nız biz əla­qə­dar ola­caq. Bu qə­rar­dan son­ra da on­lar bi­zim mil­li iş­lə­ri­mi­zə ma­ne­çi­lik et­mə­di­lər”.[8]

Yu­sif­bəy­li­nin İs­lam di­ni­nə mü­na­si­bə­ti, xü­su­si­lə di­nin döv­lə­tin işi­nə qa­rış­ma­ma­sı dü­şün­cə­si son­ra­lar da da­vam et­miş, onun baş na­zi­ri ol­du­ğu dövr­də qüv­və­də qal­mış­dır. O, baş na­zir ki­mi ilk çı­xı­şın­da bə­yan et­miş­dir ki, mü­qəd­dəs hür­riy­yət­­lər­dən mə­mur­la­rın sui-is­ti­fa­də et­mə­si­nə yol ve­ril­mə­yə­cək, ey­ni za­man­da əd­liy­yə məh­kə­mə­lə­ri­nin əda­lət­li və qa­nu­ni qə­rar­la­rı­na ta­be ol­ma­la­rı əsas tu­tu­la­caq­dır. Onun fik­rin­cə, bu azad­lıq­la­rın ən mü­qəd­də­si vic­dan və şəx­siy­yət azad­lı­ğı, mən­zil to­xu­nul­maz­lı­ğı­dır ki, inanc və vic­da­na aid mə­sə­lə­lər üçün de­mok­ra­tik cüm­hu­riy­yə­ti­miz­də kim­sə tə­qib edil­mə­yə­cək­dir.[9]

Yu­sif­bəy­li ilk dövr­lər­də so­si­al-de­mok­rat­la­rın bü­tün mil­lət­lə­rin bə­ra­bər hü­quq və azad­lıq­la­ra ma­lik ol­ma­sı ilə bağ­lı ide­ya­la­rı­na da xey­li də­rə­cə­də me­yil gös­tər­miş­di. Be­lə ki, Nə­sib bəy Odess­da, Xar­kov­da tə­lə­bə ol­du­ğu (1902-1906) dövr­də və “Tər­cü­man”da ça­lış­dı­ğı ilk il­lər­də (1906-1907) si­ya­si cə­rə­yan­lar ara­sın­dan da­ha çox so­si­al-de­mok­ra­tiz­mə ya da mark­siz­mə me­yil gös­tər­miş­dir. Hə­min dövr­də bir çox soy­daş­la­rı ki­mi Yu­sif­bəy­li də, so­si­al-de­mok­ra­tiz­min çar Ru­si­ya­sı­nın əsa­rə­ti al­tın­da olan xalq­la­ra azad­lıq gə­ti­rə­cə­yi­ni dü­şün­müş­dür. Şüb­hə­siz, Odes­sa və Xar­kov­da so­si­al-de­mok­rat təş­ki­lat­la­rı­nın güc­lü ol­ma­sı, ey­ni za­man­da on­lar proq­ra­mı­nın cəl­be­di­ci ol­ma­sı Yu­sif­bəy­li­yə də cid­di tə­sir gös­tər­miş­dir. Ne­cə ki, bu dövr­də so­si­al-de­mok­ra­tiz­min tə­si­ri al­tın­da M.Ə.Rə­sul­­za­də, N.Nə­ri­ma­nov, Ə.Ağa­oğ­lu və baş­qa­la­rı da ol­muş­du­lar. Bu an­lam­da Yu­sif­bəy­li­nin də döv­rü­nün apa­rı­cı ide­ya­la­rın­dan so­si­al-de­mok­ra­tiz­min ya da mark­siz­min tə­si­ri al­tı­na düş­mə­si tə­bii idi.

[1] Yenə orada, s.63-64

[2] Yenə orada, s.68

[3] Yenə orada, s.135

[4] Yenə orada, s.141

[5] Yusifbəyli N. Bizim mətbuat. “Tərcüman” qəzeti, 1906, 12 aprel, № 37

[6] Qəhrəmanlı Nazif. Nəsib bəy nümunəsi. Bakı, «Nurlan», 2008, s.120

[7] Yenə orada, s.121-122

[8] Şeyxzamanlı N. Azərbaycan istiqlal mücadiləsi xatirələri.Bakı, „Azərbaycan” nəşr., 1997,s.75

[9] Qəhrəmanlı Nazif. Nəsib bəy nümunəsi. Bakı, «Nurlan», 2008, s.134

Paylaş:

Share