Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ

Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ

Avropa Şurasının Baş katibi Ermənistandan Qarabağda basdırılmış minaların xəritələrini tələb edib.

Turkustan.info xəbər verir ki, Azərbaycanda saxlanılan erməni diversantların aqibətinə də toxunan avropalı siyasətçi mina xəritələrinin verilməsini daha önəmli məsələ hesab edib.

“Hazırkı durumda hər kəsi saxlanılan şəxslər və əsirlikdə olanlar narahat etsə də, düşünürəm ki, mina xəritələrinin alınması və həmin rayonlarda minaların məhv edilməsinin vacibliyini unutmaq olmaz. Çünki əks halda həmin ərazilər insanların qayıdışı və normal, layiqli həyat sürmək üçün uyğun mühitə malik olmayacaq”- deyə Mariya Peyçinoviç-Buriç söyləyib. (modern.az)

Paylaş:

Share