“Caliber”: Ermənilər Qarabağda sülhməramlıları necə yandırmağa çalışdı?

“Caliber”: Ermənilər Qarabağda sülhməramlıları necə yandırmağa çalışdı?

İyunun 22-də Azərbaycanın işğaldan azad olunan Ağdam rayonunun ərazisində yanğın baş verib. Yanğın qısa zamanda söndürülüb, xəsarət alan olmayıb.

Bu barədə “Caliber” “Telegram” kanalında qeyd olunub.

“Ancaq yanğını müşahidə edən erməni tərəfi fürsətdən istifadə edərək növbəti dəfə təxribata əl atmağa çalışıb. Beləliklə, “ağıllı” ermənilər Xocalı rayonu ərazisində yerləşən otlaq sahəsini yandırmaqdan daha yaxşı bir şey fikirləşə bilməyiblər. Onlar bunu edərkən yanğının daha sonra Azərbaycan ordusu bölmələrinin istiqamətində yayılacağını fikirləşiblər.

Lakin “ixtiraçı” qonşularımız küləyin istiqaməti kimi elementar bir məqamı nəzərə almayıblar. Külək yanğını sülhməramlıların nəzarətindəki ərazilərə istiqamətləndirib. Nəticədə otlaq sahəsi və ferma yanıb”, – deyə “Caliber” qeyd edib. (oxu.az)

Paylaş:

Share