Komitə sədri Daşkənddəki Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla görüşüb

Komitə sədri Daşkənddəki Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Özbəkistanın paytaxtı Daşkənd şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Mədəniyyət Komitəsində görüşüb.
Samir Abbasov Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin cari fəaliyyəti və planlaşdırdığı yeni layihələr barədə komitə sədrinə məlumat verib.
Q.Paşayeva Mədəniyyət Mərkəzinin təqdirəlayiq fəaliyyətindən məmnunluqla söz açaraq, Mərkəzin həyata keçirdiyi layihələri maraqla izlədiyini bildirib:
“Sizə yeni uğurlar arzulayıram. Sizin fəaliyyətiniz iki qardaş, dost ölkə arasında mədəni əlaqələrin daha da güclənməsinə xidmət edir. Komitəmizin sizin Mərkəzlə əməkdaşlığını da bu planda qeyd etməliyəm.
44 günlük Vətən Müharibəsi günlərində qardaş ölkə aydınlarının bizim haqlı davamıza verdiyi dəstək, o cümlədən özbək mediasında Azərbaycan həqiqətləri ilə bağlı silsilə yazıların yayınlanması çox təqdirəlayiq hadisədir.
Bildirmək istərdim ki müəllifi oldğum, sizin də məsləhətçisi olduğunuz “Addım-addım Özbəkistan” kitabı artıq işıq üzü görüb. Bu kitabın Azərbaycanda və Özbəkistanda təqdimatlarını keçirməyi düşünürük. Düşünürük ki, “Addım-addım Özbəkistan”la yanaşı, özbəkcə “Qarabağ hekayələri” və digər bir sıra nəşrlərin də təqdimatı qardaş ölkələrimizin oxucuları, tədqiqatçıları, özəlliklə türkoloqlar, kulturoloqlar üçün maraqlı olacaq”.
S.Abbasov səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.
Q.Paşayeva S.Abbasova Türk dünyası motivli xatirə hədiyyəsi təqdim edib.

Paylaş:

Share