“BakuBus”un avtobusu ağır qəzaya düşdü – FOTO

“BakuBus”un avtobusu ağır qəzaya düşdü – FOTO

Bakıda baş verən yol qəzasında 7 nəfər yaralanıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib:

“Hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub”.

BNA rəsmisinin sözlərinə görə, xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb:

“Sərnişinlərimizdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb”.

***

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Məlumata görə, qəza Əl Oyunları İdman Sarayının qarşısında baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, hazırda hadisəylə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək. 

Paylaş:

Share