Ümid Nəccarinin kitabı Özbəkistanda çap olunub

Ümid Nəccarinin kitabı Özbəkistanda çap olunub

Azərbaycanlı şair Ümid Nəccarinin “Unutmaq” adlı kitabı Özbəkistanda işıq üzü görüb.

Kitab Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Innovatsiya-Ziyo” yayınları tərəfindən Özbəkistanda çap olunub.

Şeirləri özbək dilinə tərcüməçi Marufjon Yoldoşev çevirib. Qeyd edək ki, Ümid Nəccari 3 kitab müəllifidir və indiyə qədər bir sıra ölkələrdə – Amerika, Serbiya, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbu orqanlarında şeirləri və yazıları tərcümə olunaraq işıqlandırılıb.

Paylaş:

Share