Nəsib bəy Yusifbəylinin dünyagörüşündə maarifçilik, türkçülük və azərbaycançılıq

Nəsib bəy Yusifbəylinin dünyagörüşündə maarifçilik, türkçülük və azərbaycançılıq

Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

III Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

 

Nəsib bəy Yu­sif­bəy­li 1906-1907-ci il­lər­də “Tər­cü­man”da yaz­dı­ğı mə­qa­lə­lər­də Ba­kı­da nəşr olu­nan “İr­şad” və baş­qa mil­li-di­ni yön­lü qə­zet­lər­də so­si­al-de­mok­ra­tizm­dən, onun nü­ma­yən­də­lə­rin­dən (Marks, Ple­xa­nov, Jo­res, Be­bel və b.) bəhs olun­ma­sı­nı təq­dir et­miş­di. Xü­su­si­lə, o, “İr­şad” da N.Nə­ri­ma­no­vun so­si­al-de­mok­rat­lar­la bağ­lı mə­qa­lə­si­ni şərh et­miş, mü­əy­yən də­rə­cə də onun fi­kir­lə­ri ilə ra­zı­laş­dı­ğı­nı ifa­də et­miş­di.[1]

Onun fik­rin­cə, yal­nız so­si­al-de­mok­ra­tizm döv­rü­nün baş­qa şo­vi­nist “pan”izm­lə­rin­dən fərq­lə­nir və yal­nız ona lə­kə yax­maq doğ­ru de­yil­dir: “Pans­la­vi­ya­nizm, panx­ris­tia­nizm, pa­ner­mə­nizm, pan­­yə­hu­­dizm və qey­ri pa­nizm­lər an­caq qar­nı tox ağa­la­rın xam xə­yal­la­rı­dır və fü­qa­ra­yi-ka­si­bə­yə böy­lə böh­tan at­maq rə­va de­yil!.. Doğ­ru­dur, Yer üzü­nün cə­mi ic­ti­ma­iy­yun-am­miy­yun­la­rın (so­si­al-de­mok­rat­­la­rı­nın) da bir “pa­niz­mi” var, ona də­xi panx­ris­tia­nizm de­məz­lər, bu­nu adı “pan­fü­qa­ra­yi-ka­si­bizm”dir”. [2]

O, ilk dövr­lər­də, so­si­al-de­mok­ra­tiz­mə me­yil­li bir şəxs ki­mi he­sab edir­di ki, çar Ru­si­ya­sı Av­ro­pa öl­kə­lə­rin­dən fərq­li ola­raq baş ver­miş in­qi­lab­dan düz­gün nə­ti­cə çı­xar­mır. Be­lə ki, çar Ru­si­ya­sın­da so­si­al-de­mok­rat­la­rın ba­xış­la­rın­dan doğ­ru nə­ti­cə çı­xar­maq əvə­zi­nə on­la­ra qar­şı rep­res­si­ya­lar hə­ya­ta ke­çi­ri­lir. Yu­sif­bəy­li ya­zır­dı: “Av­ro­pa­da təc­rü­bə və tim­sa­li olub keç­miş in­qi­lab və hə­rə­kat­lar­dan Ru­si­ya döv­lə­ti ib­rət al­maq gə­rək idi. Qay­na­yıb axan bir su­yun önü­nü kəs­mək müm­kün ol­ma­dı­ğı ki­mi oyan­mış, qəl­ya­nə gəl­miş xal­qın hü­quq və və­zi­fə­si­ni an­la­mış ca­maa­tın da önün­də du­rub tox­tat­maq müm­kün ola­ma­ya­ca­ğı­nı dü­şün­mək və bil­mək gə­rək idi”.[3] Çar Ru­si­ya­sı­nın in­qi­la­bın önü­nü kəs­mək üçün müx­tə­lif hiy­lə­lə­rə əl at­dı­ğı­nı qeyd edən Yu­sif­bəy­li ya­zır­dı ki, ar­tıq bu hiy­lə­lər baş tut­ma­ya­caq. Onun fik­ri­nə gö­rə, çar Ru­si­ya­sı­nın qar­şı­sın­da iki yol var: ya qəsb olun­muş hü­quq­la­rın ha­mı­sı­nı qay­tar­maq, ya da əv­vəl­ki is­tib­dad yo­lu ilə da­vam et­mək.[4]

Yu­sif­bəy­li son­ra­lar so­si­al-de­mok­rat tə­li­mi­nə meyl­li­lik­dən uzaq­la­şa­raq türk­çü­lük, da­ha son­ra onun mil­li-mə­həl­li ifa­də­si olan Azər­bay­can türk­çü­lü­yü uğ­run­da mü­ba­ri­zə apar­mış­dır.  An­caq bu o de­mək de­yil­di ki, o, so­si­al-de­mok­ra­tiz­min in­san hü­quq və azad­lıq­la­rı­na aid müd­dəa­la­rın­dan ta­ma­mi­lə im­ti­na et­miş­dir. He­sab edi­rik ki, Yu­sif­bəy­li türk­çü­lük, türk mil­liy­yət­çi­li­yi hə­rə­ka­tı­nın li­der­lə­rin­dən bi­ri ol­du­ğu za­man­lar­da da so­si­al mə­sə­lə­lə­rin həə­lin­də, o cüm­lə­dən fəh­lə və kənd­li­lə­rin hü­quq və azad­lıq­la­rı­nın qo­run­ma­sın­da so­si­al-de­mok­rat cə­rə­ya­nı­nın bə­zi müd­dəa­la­rı­nı mü­da­fiə et­miş­dir. Hət­ta, onun qu­ru­cu­su və li­de­ri ol­du­ğu “Türk Ədə­mi-Mər­kə­ziy­yət” par­ti­ya­sı­nın proq­ra­mın­da da so­si­al-de­mok­ra­tiz­min müd­dəa­la­rı, o cüm­lə­dən “Aq­rar mə­sə­lə”, “Fəh­lə mə­sə­lə­si” də öz ək­si­ni tap­mış­dır. Bu­nun­la bağ­lı “Türk Ədə­mi-Mər­kə­ziy­yət” par­ti­ya­sı­nın proq­ra­mın­da ya­zı­lır­dı ki, xal­qın fir­qə­si ki­mi Türk ulu­su­nun bü­tün tə­bə­qə­lə­ri­nə əsas­la­nır: “De­mok­ra­tik par­ti­ya ki­mi zəh­mət­keş  xalq küt­lə­lə­ri­nə ar­xa­la­nır və Ru­si­ya­nın İs­la­ma eti­qad edən bü­tün türk zəh­mət­keş küt­lə­lə­ri­nin iq­ti­sa­di-sin­fi və mil­li-mə­də­ni mə­na­fe­lə­ri­ni mü­da­fiə et­mə­yə ça­lı­şır”.[5]

Sa­də­cə bu­ra­da bir an­laş­maz­lıq var ki, S.C.Pi­şə­və­ri, H.Bay­ka­ra onun Mü­sa­vat Par­ti­ya­sı da­xi­lin­də­ki möv­qe­yi­ni “sol ci­na­ha mən­sub olan Yu­sif­bəy­li­nin mül­kə­dar və ka­pi­ta­list qru­pu”.  [6] ki­mi də­yər­lən­dir­miş­lər. İlk ba­xış­da “ka­pi­ta­list və mül­kə­da­rın” sol ci­nah­da da­yan­ma­sı mən­tiq­siz­lik­dir. Biz­cə, N.Yu­sif­bəy­li sin­fi tə­bə­qə­si­nə gö­rə “mül­kə­dar və ka­pi­ta­list qrup”una aid edil­sə də, əs­lin­də o, dü­şün­cə və dün­ya­gö­rüş ba­xı­mın­dan bü­tün in­san­la­rın so­si­al bə­ra­bər­li­yi­nin tə­rəf­da­rı ol­muş­dur. Baş­qa söz­lə, N.Yu­sif­bəy­li­nin  “mül­kə­dar və ka­pi­ta­list qrup”una aid edil­mə­si sim­vo­lik xa­rak­ter da­şı­mış, bu da­ha çox onun əc­dad­la­rı­nın bəy-xan nəs­lin­dən ol­ma­sın­dan irə­li gəl­miş­dir. An­caq ger­çək­lik­də isə, o, bəy-xan əc­dad­la­rı­nın da­vam­çı­sı ki­mi heç bir sin­fi ay­rı-seç­ki­lik qoy­ma­mış, Türk ulu­su­nun fərd­lə­ri­ni bir bü­tün ki­mi gör­müş­dür.

Türk­çü­lük və Azər­bay­can mil­li ide­ya­sı. Nə­sib bəy Yu­sif­bəy­li də türk­çü­lük ide­ya­sı­nın ya­ran­ma­sın­da və for­ma­laş­ma­sın­da ilk ola­raq, bö­yük türk­çü­lər­dən İs­ma­yıl bəy Qas­pı­ra­lı­nın mü­hüm ro­lu ol­muş­du. Be­lə ki, İ.Qas­pı­ra­lı­nın uzun müd­dət mü­əy­yən fa­si­lə­lər­lə “Tər­cü­man” qə­ze­tin­də ça­lış­mış (1906-1912) Yu­sif­bəy­li us­ta­dı­nın Türk xal­qa­rı­nın “Dil­də, fi­kir­də və iş­də bir­lik” fəl­sə­fə­si­ni mə­nim­sə­miş­dir. Hər hal­da İ.Qas­pı­ra­lı­nın dün­ya­gö­rü­şün­də türk­çü­lük hə­rə­ka­tı di­gər ideo­lo­gi­ya­lar­dan, cə­rə­yan­lar­dan üs­tün möv­qe­yə ma­lik ol­muş­du.[7]

Ə.Cə­fə­roğ­lu­ya gö­rə, Yu­sif­bəy­li də türk­çü­lü­yün for­ma­laş­ma­sın­da Qas­pı­ra­lı­nın mü­hüm ro­lu ol­muş­du.[8] Biz, ey­ni fi­kir­lə­rə Qəh­rə­man­lı­da da rast  gə­li­rik: “Dün­ya­gö­rü­şü­nə gəl­dik­cə Nə­sib bəy əv­vəl­cə sol­çu ol­muş, yə­ni so­sia­list ide­ya­la­rı­na uy­muş, təd­ri­cən İs­mayl bəy Qas­pı­ra­lı­nın tə­si­ri­lə türk mil­lət­çi­si ki­mi for­ma­laş­mış­dı. Şə­fi­qə xa­nım bu ba­rə­də ya­zır­dı: “Nə­sib “Tər­cü­man” qə­ze­tin­də ça­lı­şar­kən çox vaxt atam­la mü­na­qi­şə edər­di, atam­dan da­ha baş­qa gö­rüş­lə­ri var­dı, fi­kir ay­rı­lı­ğı var­dı. Bu yal­nız ilk bir-iki il sür­müş­dü. Son­ra­dan ta­ma­mi­lə atam­la bir­ləş­di”.[9]

Yu­sif­bəy­li də türk­çü­lü­yün ya­ran­ma­sın­da Qas­pı­ra­lı­­nın cid­di tə­si­ri ilə ya­na­şı, 1908-1909-cu il­lər­də mü­vəq­qə­ti ola­raq Tür­ki­yə­də ya­şa­ma­sı və bu­ra­da “Türk dər­nə­­yi”ndə iş­ti­ra­kı da mü­hüm rol oy­na­mış­dır. C.S.Kı­rı­mər “Mü­ca­hid” jur­na­lın­da ya­zır­dı: “1909-cu ilin son­la­rın­da bi­zim hə­ya­tı­mız­da əhə­miy­yət­li bir ha­di­sə ol­muş­du. Tə­lə­bə cə­miy­yə­ti­miz əcə­lə yı­ğın­ca­ğa ça­ğı­rıl­dı. bir ko­mis­si­ya se­çil­di. İs­tan­bu­la gə­lə­cə­yi­ni xə­bər al­dı­ğı­mız Qas­pı­ra­lı İs­ma­yıl bə­yi qar­şı­la­ya­ca­ğıq… İs­ma­yıl bəy­lə bir­lik­də, Yu­suf bəy Ak­çu­ra və İs­ma­yıl bə­yin kü­rə­kə­ni Azər­bay­can­lı Nə­sib bəy Yu­sif­bəy­li də gəl­miş­di­lər. Biz bu top­lan­tı­da Nə­sib bəy­lə ra­zı­laş­mış və ona can­dan bağ­lan­mış­dıq. İs­ma­yıl bəy bi­zə cid­di və qar­şı­dur­ma qə­bu­let­məz bir əda ilə el­mə sa­rıl­ma­ğı töv­si­yə edir, bi­zim si­ya­si və ic­ti­mai ən­di­şə­lə­ri­mi­zə ca­vab ver­mə­yi be­lə za­id gö­rür­dü. Yu­suf bəy də aşa­ğı-yu­xa­rı ey­ni fi­kir­lə­ri mü­da­fiə et­miş­di. Nə­sib bəy isə biz gənc­lər­də gör­dü­yü iman­dan, fə­da­kar­lıq hiss­lə­ri­mi­zin, bil­xas­sə in­qi­lab atə­şi ilə yan­ma­mız­dan, bü­tün əməl­lə­ri­mi­zin xal­qı­mı­zı yük­səlt­mə­yə haqq ol­ma­sın­dan çox se­vin­di­yi­ni söy­lə­di və bi­zi bu yo­la sa­diq qa­la­raq bu əməl üçün ha­zır­lan­ma­ğa təş­viq et­di. Nə­sib bəy hər şey­dən çox, xa­rak­te­ri­mi­zin sağ­lam, doğ­ru, cid­di ol­ma­sı­na diq­qət et­mə­yi­mi­zi bil­xas­sə hə­ra­rət­lə töv­si­yə et­di”.[10] 

De­mə­li, 1908-1909-cu il­lər­dən eti­ba­rən Yu­sif­bəy­li türk­çü­lü­yün əsas da­va adam­la­rın­dan bi­ri ol­muş­du. Ar­tıq onun dün­ya­gö­rü­şü­nün mər­kə­zin­də türk mil­liy­yət­çi­li­yi da­ya­nır­dı ki, əsas hə­də­fi də türk­çü­lük əsa­sın­da Azər­bay­can türk­lə­ri­nin Ru­si­ya da­xi­lin­də ön­cə mux­ta­riy­yət, da­ha son­ra isə is­tiq­la­liy­yət əl­də et­mə­si da­yan­mış­dır. Məhz bu­nun nə­ti­cə­si­dir ki, 1917-ci ilin mar­tın­da ya­ra­nan “Türk Ədə­mi-Mər­kə­ziy­­yət” par­ti­ya­sı­nın li­de­ri ki­mi N.Yu­sif­bəy­li çar Ru­si­ya­sı­nı fe­de­ra­tiv şə­kil­də gör­mış, bu fe­de­ra­si­ya çər­çi­və­sin­də isə Azər­bay­ca­nın mux­ta­riy­yə­ti­ni tə­ləb et­miş­dir. M.B.Məm­məd­za­də ya­zır­dı: “Azər­bay­­ca­na qa­yıt­dıq­dan son­ra Nə­sib bəy Əmin bəy­lə ya­xın əla­qə­yə gi­rə­rək “Açıq söz” ailə­si­nə da­xil ol­muş­du. Onun qur­du­ğu  Ədə­mi-Mər­kə­ziy­­yət fir­qə­si “Açıq söz”ün yay­dı­ğı mil­lət nə­zə­riy­yə­si­nə əsas­la­nır­dı və mil­lət mə­sə­lə­si­ni “Mü­sa­vat” ki­mi həll edir­di. O, Ru­si­ya­nın mil­li var­lıq­la­ra par­ça­lan­ma­sı­nı, fe­de­ra­lizm üzə­rin­də qu­rul­ma­sı­nı, bü­tün mil­lət­lə­rə, o cüm­lə­dən Azər­bay­ca­na, Tür­küs­ta­na, İdil-Ura­la və Krı­ma mil­li-mə­həl­li mux­ta­riy­yat ve­ril­mə­si­ni tə­ləb edir­di”. [11]

M.Ə.Rə­sul­za­də də qeyd edir ki, əs­lin­də türk­çü­lük mər­kəz­li Azər­bay­can Mil­li İde­ya­sı on­la­rın ta­nış­lı­ğı­nın ilk il­lə­rin­dən (1914-1915-ci il­lər) hər iki­sin­də ya­ran­mış­dı: “Hər­bi-ümu­mi sən­lə­ri idi. O, Gən­cə­də bə­lə­diy­yə ida­rə­si əza­dar­lı­ğın­da, mən də Ba­kı­da 1915-də tə­sis et­di­yim “Açıq söz” qə­ze­ti­nin ba­şın­da bu­lu­nur­duq. Nə­sib bəy ida­rə iş­lə­ri üçün  Ba­kı­ya sız-sıx gə­lir­di və hər gə­li­şin­də ilk zi­ya­rə­ti­ni “Açıq söz” ida­rə­xa­na­sı­na ve­rir­di. Da­ha ilk gö­rü­şü­müz­də rəh­mət­lik­lə ara­mız­da 1920-ci ilin son may gün­lər­nə­dək zər­rə qədr xə­ləl­dar ol­ma­yan bir sə­mi­miy­yət­lə da­vam edən bir dost­luq tə­əs­süs et­miş­di. Bu dost­lu­ğu bu qə­dər mə­tin bağ­lar­la bir gö­rüş­mə­də bağ­la­yan şey, şüb­hə­siz, müş­tə­rək bir qa­yə, müş­tə­rək bir ruh da­şı­dı­ğı­mı­zı mü­tə­qa­bi­lən kəşf edi­şi­miz idi. Bu ru­hi-müş­tə­rək Gən­cə­də Nə­sib bə­yə si­ya­si bir fir­qə mad­də­si­nin ya­zıl­ma­sı­nı təl­qin et­di­yi bir za­man­lar­da, mə­nə də Ba­kı­da “Açıq söz” qə­ze­tə­si­nə ey­ni te­zi­si mü­da­fiə edən bir baş mə­qa­lə yaz­dır­mış­dı”. [12]

Məhəmməd Əmin Rəsulzadə ya­zır­dı ki, Nəsib bəy Yu­sif­bəy­li­nin Azər­bay­can is­tiq­la­lı hə­rə­ka­tın­da­kı ro­lu yal­nız maa­rif na­zi­ri və baş na­zir ol­maq­la ki­fa­yət­lən­mə­miş­dir: “Onun hə­rə­kat­da­kı hə­qi­qi ro­lu son­ra tut­du­ğu bu rəs­mi möv­qe­lər­dən çox əv­vəl baş­la­mış­­dır. Bu rol onun Gən­cə­də 1917-də “Türk Ədə­mi Mər­kə­ziy­yət xalq fir­qə­si” na­mıy­la tə­sis edi­lən si­ya­si Azər­bay­can fir­qə­si­nin təş­ki­li­nə tə­şəb­büs et­mə­siy­lə baş­la­yır. Azər­bay­can ide­ya­sı­nı si­ya­si bir tə­ləb mad­də­si şək­lin­də for­mu­lə et­mək şə­rə­fi mər­hum Nə­sib bə­yin­dir”.[13] N.Şeyx­­­za­man­lı­ya gö­rə də, mil­li is­tiq­lal ide­ya­sı­nın əsas mü­əl­li­fi, Azər­bay­can fik­ri­ni tə­ləb mad­də­si ha­lın­da irə­li sü­rən Yu­sif­bəy­li­dir.[14]

Qeyd edək ki, Nə­sib bəy 1917-ci il ap­re­lin­də Ba­kı­da ke­çi­ri­lən Qaf­qaz Mü­səl­man­la­rı­nın 1-ci qu­rul­ta­yın­da “kim da­va edə bi­lər ki, biz kən­di­ni (özü­nü – F.Ə.) ida­rə­yə sə­la­hiy­yət­dar bir mil­lət de­yi­lik!” de­miş­dir. M.B.Məm­məd­za­də ya­zır: “Qu­rul­ta­yın lap ilk gün­lə­rin­dən eti­ba­rən ha­kim möv­qe­yi iki fir­qə tut­muş­du ki, bun­lar­dan bi­ri “Mü­sa­vat” xalq fir­qə­si, di­gə­ri də “Türk Ədə­mi-Mər­kə­ziy­yət fir­qə­si” idi. Bi­rin­ci­nin fi­kir­lə­ri­nə Mə­həm­məd Əmin Rə­sul­za­də, ikin­ci­nin­ki­nə isə Nə­sib bəy Yu­sif­bəy­li tər­cü­man olur­du”.[15]

[1] Yusifbəyli N. Bizim mətbuat. “Tərcüman” qəzeti, 1906, 26 aprel, № 43

[2] Yenə orada.

[3] Qəhrəmanlı Nazif. Nəsib bəy nümunəsi. Bakı, «Nurlan», 2008, s.112

[4] Yenə orada, s.113

[5] Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2-ci cild. Bakı, Lider nəşriyyatı, 2005, s.409

[6] Qəhrəmanlı Nazif. Nəsib bəy nümunəsi. Bakı, «Nurlan», 2008, s.187

[7] Qaspıralı  İ. Dildə, fikirdə, işdə birlik. İ.Qaspıralı 1851-1914. Bakı, Qartal, 2002, s.15

[8] Cəfəroğlu Əhməd. Seçilmiş əsərləri. Bakı, Mütərcim, 2008, s.7-8

[9] Qəhrəmanlı Nazif. Nəsib bəy nümunəsi. Bakı, «Nurlan», 2008, s.7

[10] Tahirzadə Ədalət. Nəsib Bəy Yusifbəyli. http://www.ursad.org/MakaleGoster.aspx?ID=1047&YazarID=25

[11] Məmmədzadə M. B. Milli Azərbaycan hərəkatı. Bakı, “Nicat”, 1992, s.54

[12] Rəsulzadə M.Ə. Nəsib bəy Yusifbəyli. “Odlu Yurt” dərgisi, 1929, № 3, s.110-111

[13] Rəsulzadə M.Ə. Nəsib bəy Yusifbəyli. “Odlu Yurt” dərgisi, 1929, № 3, s.110

[14] Şeyxzamanlı N.Azərbaycan istiqlal mücadiləsi xatirələri.Bakı,”Azərbaycan” nəşr.,1997, s.117

[15] Məmmədzadə M. B. Milli Azərbaycan hərəkatı. Bakı, “Nicat”, 1992, s.55

Paylaş:

Share