7 gedişə ermənini mat qoyan MƏMMƏDYAROV:  “28 ildir gözləyirdim”

7 gedişə ermənini mat qoyan MƏMMƏDYAROV: “28 ildir gözləyirdim”

“28 ildir sahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub”.

Turkustan.info-nun saytının məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

O, Xorvatiyanın paytaxtı Zaqrebdə “Grand Chess Tour”un blits yarışının VI turunda 13-cü dünya çempionu Harri Kasparovu cəmi 7 gedişə məğlub etməsini şərh edib:

“Onun oyunları inanılmaz olub. 28 ildir hər zaman Kasparovla oyunu gözləyirdim. Və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir! Siz hələ də dostunuzla şahmat oynayanda bir az tez oyna deyirsiz? Sizləri çox sevirəm, dəstəyiniz ücün. O bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçası”.  /Modern.az/

Paylaş:

Share