Nəsib bəy Yusifbəylinin dünyagörüşündə maarifçilik, türkçülük və azərbaycançılıq

Nəsib bəy Yusifbəylinin dünyagörüşündə maarifçilik, türkçülük və azərbaycançılıq

Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

IV Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

 

 

Məhəmməd Əmin Rə­sul­za­də­nin də yaz­dı­ğı ki­mi, o, bu qu­rul­tay­da mil­liy­yət­çi­lük (Azər­bay­can türk­çü­lü­yü), türk­çü­lük, xalq­çı­lıq və mo­der­nə­ləş­mə (ye­ni­ləş­mə) prin­sip­lə­ri­ni mü­da­fiə et­miş­di. Hət­ta, bu­nun­la ki­fa­yət­lən­mə­yə­rək ey­ni prin­sip­lər­lə çı­xış edən iki par­ti­ya­nın bir­ləş­mə­si­nə tə­şəb­büs gös­tər­miş və hə­mən bu­nun tət­bi­qi­ni is­tə­miş­di. Rə­sul­za­də ya­zır­dı: “Nə­sib bə­yin zə­ka­sı yal­nız bu çı­xı­şı ilə bit­mə­miş, o qu­rul­tay­da ey­ni prin­sip­lə­ri mü­da­fiə edən Mü­sa­vat xalq fir­qə­si­nin nü­ma­yən­də­lə­ri və “Açıq söz” qə­ze­ti­ni təm­sil edən cə­rə­yan­la söz­lə­­şə­rək, on­la­ra ya­xın axın­la­rın bir­ləşm­lə­ri­ni tə­min et­mək zə­rü­riy­yə­ti­ni gör­müş və onu hə­ya­ta ke­çir­mək tə­şəb­bü­sü­nü irə­li sür­müş­dür. Bir tə­rəf­dən Nə­sib bəy, di­gər tə­rəf­dən də M.Ə.Rə­sul­za­də ilə A.Ka­zım­za­də tə­rə­fin­dən təm­sil olu­nan Gən­cə və Ba­kı mil­liy­yət­çi Azər­bay­can is­tiq­lal­çı­lıq hər­ka­tın­da çox mü­hüm əsər­lə­ri son­ra­dan mey­da­na çı­xan bu it­ti­ha­dın hü­su­lun­da Nə­sib bə­yin zə­ka və sə­mi­miy­yə­ti­nin qə­ti rol oy­na­dı­ğı­nı bu­ra­da təs­bit et­mə­li­yəm. Bu it­ti­had üzə­ri­nə idi ki, Qaf­qa­zi­ya qu­rul­ta­yı­nı mü­tə­əq­qib Türk Fe­de­ra­list Mü­sa­vat Xalq Fir­qə­si­nin ilk qu­rul­ta­yı Ba­kı­da top­lan­mış və bu top­la­nış si­ya­si Azər­bay­can hə­ya­tın­da pək mü­hüm bir ha­di­sə təş­kil ey­lə­miş­dir”.[1]

1918-ci ilin əv­vəl­lə­rin­də ya­ra­dıl­mış Seym­də xalq maa­rif na­zi­ri və­zi­fə­si­ni tu­tan N.Yu­sif­bəy­li bu­ra­da da türk­çü­lü­yü, Azər­bay­can xal­qı­nın mil­li ma­raq­la­rı­nı mü­da­fiə et­miş­dir. Mə­sə­lən, Sey­min 5 Mart 1918-ci il ta­rix­li 14-cü ic­la­sın­da er­mə­ni­lər və gür­cü­lər Azər­bay­cün türk­lə­ri­ni nə­zər­də tu­ta­raq “Seym­də xə­ya­nət­kar­lar var” de­yir­di­lər. Bu za­man on­la­ra ca­vab ola­raq söz alan Yu­sif­bəy­li de­miş­dir: “Daş­nak­süt­yun Par­ti­ya­sı Baş­çı­sı mə­ni tə­əc­cüb­lən­­dir­mir – an­la­yı­ram ki, İrə­van vi­la­yə­tin­də mey­da­na gəl­mək­də olan ci­na­yət­lə­ri in­di ört-bas­dır et­mək la­zım­dır, ora­da iş­lən­miş bia­bır­çı­lıq­lar in­di haq­lı la­zım­dır: bü­tün kənd­lə­rin əha­li­si qı­lınc­dan ke­çi­ri­lib, sa­kin­lə­ri qo­vul­maq­la sü­ni şə­kil­də əra­zi­lər qu­rul­du. an­caq mə­ni men­şe­vik nü­ma­yən­də­lə­rin bu­ra­da­kı da­nış­ma­la­rı çaş­dı­rır. Mən dü­şü­nür­düm ki, bu, öz­ba­şı­na çıx­dı­lar və göz­lə­yir­dim ki, in­di kim­sə da­ya­na­caq və de­yə­cək ki, bu, öz­ba­şı­na çı­xış­dır və biz tam baş­qa cür dü­şü­nü­rük, an­caq, tə­əs­süf ki, bu sə­si mən eşit­mə­dim.   Və­tən­daş­lar, bi­zi çox­dan it­ti­ham edir­lər. Bi­zi doğ­ra­ma­­mış­dan ön­cə it­ti­ham et­di­lər – bu­na öy­rən­cə­li. Qor­xu­ram ki, bi­zi ye­ni­­dən çök­mə­yə is­tə­sin­lər. Bu sə­bəb­lə hö­ku­mət­dən so­ruş­maq is­tə­yi­rəm, Ar­da­han ko­mis­si­ya gön­dər­sin ki, əs­gər gön­də­ril­mə­si­nə və o əha­li­nin qı­rıl­ma­sı­na ma­ne ol­sun. Bu xal­qı xə­bər­dar et­mək la­zım­dır, çün­ki on­lar üçün qor­xunc təh­lü­kə var: qa­dın­la­rı da, uşaq­la­rı da, ki­şi­lə­ri də – hər kə­si ora­da doğ­ra­ya­caq­lar”.[2]   

Tür­ki­yəy­lə da­nı­şıq­lar üşün Ba­tu­ma sülh nü­ma­yən­də­li­yi  gön­­dər­məz­dən ön­cə Za­qaf­qa­zi­ya Sey­mi­nin türk-mü­səl­man frak­si­ya­sı qar­şı­sın­da çı­xı­şı za­ma­nı da Yu­sif­bəy­li əsas diq­qə­ti Azər­bay­can türk­lə­ri­nin çə­tin gün­lər ya­şa­ma­sı­na, onun var­lı­ğı­nın təh­lü­kə al­tın­da qal­ma­sı­na yö­nəlt­miş­dir. O, bu çı­xı­şın­da açıq şə­kil­də bil­di­rib ki, Sey­min tər­ki­bin­də­ki gür­cü­lər və er­mə­ni­lər Qu­zey Azər­bay­can­da er­mə­ni daş­nak­la­rıy­la rus bol­şe­vik­lə­rin türk-mü­səl­man əha­li­yə qar­şı soy­qı­rım tö­rət­mə­si­nə ta­ma­mi­lə bi­ga­nə­dir­lər. Be­lə bir hal­da, Azər­bay­can türk­lə­ri­nin Tür­ki­yə türk­lə­ri­nə üz tut­maq­dan baş­qa ça­rə qal­mad­ğı­nı de­yən Yu­sif­bəy­li bü­tün bun­lar­la ya­na­şı, “Müs­tə­qil Azər­bay­can” ide­ya­sı­nın qüv­və­də qal­ma­sı­nı da ifa­də et­miş­dir: “Müs­tə­qil­li­yi­mi­zin qız­ğın tə­rəf­dar­la­rın­dan bi­ri ki­mi mən bu ba­rə­də bi­rin­ci söz aç­ma­ğa məc­bu­ram. Təh­lü­kə­nin gö­zü­nə cə­sa­rət­lə bax­maq, gə­lə­cək ha­di­sə­lə­rin əla­mət­lə­ri­ni ayırd et­mək və vax­tın­da zə­ru­ri təd­bir­lər gör­mək la­zım­dır. Bu hal­da biz ha­di­sə­lə­rin be­lə bir xoş­bəxt kə­siş­mə­si­nə  se­vin­mə­li­yik ki, bu­ra gəl­mə­li olan xa­ri­ci qüv­və bi­zə dost və qar­daş olan Tür­ki­yə­dir. Bəl­kə də, bu bi­zim qon­şu­la­rı­mı­za xoş gəl­mə­yə­cək, an­caq baş­qa çı­xış yo­lu­muz yox­dur. Qor­xunc anar­xi­ya qar­şı­sın­da qon­şu­la­rı­mız da bi­zim ki­mi güc­süz­dür­lər. on­lar­da olan hər­bi qüv­və də anar­xist əh­val-ru­hiy­yə­li­dir, qa­nun-qay­da­nın da­ya­ğı ro­lu­nu oy­na­ya bil­məz. Hər­gah on­lar­da in­ti­zam­lı qüv­və ol­say­dı, on­la­rın yar­dı­mı­na ümid bağ­la­ya bil­məz­dik. Xə­tir üçün xəs­tə dü­şə bil­mə­rik. Bi­zim nü­ma­yən­də he­yə­ti­mi­zin Ba­tu­ma get­mək və və Şər­qi Za­qaf­qa­zi­ya türk­lə­ri adın­dan Os­man­lı im­pe­ri­ya­sın­dan yar­dım is­tə­mək vax­tı gə­lib çat­mış­dır. Əl­bət­tə, biz tə­ci­li ola­raq qo­şun gön­də­ril­mə­si üçün türk­lə­rə çox da tə­kid edə bil­mə­rik; biz an­caq xa­hiş edə­cə­yik. An­caq bü­tün bun­lar­la ya­na­şı, azad Azər­bay­ca­nın müs­tə­qil su­rət­də möv­cud­lu­ğu ide­ya­sı­nı heç vaxt göz­dən qa­çır­maq la­zım de­yil”. [3]

Cüm­hu­riy­yət qu­rul­duq­dan son­ra əv­vəl­cə maa­rif na­zi­ri, da­ha son­ra baş na­zir ki­mi o, bə­yan edir­di ki, Azər­bay­can türk­lə­ri­nin ye­ga­nə ide­ya­sı mil­li is­tiq­lal­dır. Yu­sif­bəy­li Cüm­hu­riy­yə­tin bi­ril­lik il­dö­nü­müy­lə bağ­lı xal­qa mü­ra­ciə­tin­də mil­li is­tiq­lal mə­sə­lə­siy­lə bağ­lı bil­di­rir­di ki, ar­tıq Azər­bay­can türk­lə­ri is­tiq­la­liy­yə­ti­ni heç bir kə­sə gü­zəş­tə get­mə­yə­­cək­dir: “Qan dər­ya­sın­da qü­tə­vər olan Azər­bay­can Türk mil­lə­ti kən­di mü­qəd­­də­ra­tı­nı öh­də­si­nə ala­raq, öz­ba­şı­na bu­ra­xıl­mış­dır. O, mə­ta­nə­ti-qəlb və əz­mi qə­ti ilə is­tiq­la­lı dü­şü­nə­rək ya­şa­yır. Və bi­la­xi­rə müs­tə­qil və azad ya­şa­maq yo­lu ara­yıb, ona rə­van ol­du. Öy­lə bir yol ki, onu ümum­ca­ha­nın əzil­miş və dö­yül­müş mil­lət­lə­ri tut­muş­du. Bu bir sə­nə müd­dət ər­zin­də biz yo­rul­ma­dan iş­lə­dik və bu iş­lə­mə­yi­miz ilə döv­lə­ti­­mi­zi möh­kəm­lən­­di­rə­rək, ca­ma­­a­tı­­mı­zın aşa­ğı sin­fi­nə mil­li döv­lət təş­ki­li his­si­ni dü­şün­dür­dük və is­tər­dik ki, ca­ma­at və mil­lət və­kil­lə­ri­nin get­dik­lə­ri yol doğ­ru və xalq­­ın azad fi­kir və məs­lə­ki­dir. Bu az vaxt  zər­fi­in­də Azər­bay­can türk­lə­ri kən­di­lə­ri­nin müs­tə­qil və azad ya­şa­ma­ğa la­yiq ol­duq­la­rı­nı gö­zəl su­rət­də gös­tə­rib və döv­lət təş­ki­li­nə is­te­dad və qa­bi­liy­yət ye­rit­dik­lə­ri­ni is­bat et­di­lər. Bu­nun sa­yə­sin­də isə şim­di məm­lə­kət­də in­sa­nı məm­nun edə­cək bir də­rə­cə­də ni­zam və asa­yiş hök­fər­ma­dır”.[4]

Baş na­zir ki­mi proq­ram sə­ciy­yə­li ilk çı­xı­şın­da da, o, Mil­li is­tiq­lal mə­sə­lə­si­ni xü­su­si­lə qeyd edə­rək bu­nun­la bağ­lı həm da­xi­li bir­li­yin, həm dün­ya döv­lət­lə­ri tə­rə­fin­dən ta­nın­ma­ğın va­cib­li­yi­ni vur­ğu­la­mış­dır: “Əm­ri­niz­lə təş­kil et­di­yim hö­ku­mət, üzə­ri­nə nə qə­dər ağır və nə qə­dər bö­yük bir mə­su­liy­yət al­mış ol­du­ğu­nu an­la­yır. Doğ­ru­dur, Azər­bay­can mil­lə­ti müs­tə­qil­li­yi­ni elan et­di­yi bu az bir za­man­da yar və əğ­yar nə­zə­rin­də müs­tə­qil ol­ma­ğa la­yiq ol­du­ğu­nu gös­tər­di­yin­dən, bu­gün­kü və­ziy­yət və möv­qe­yi­miz iki ay əv­vəl­kin­dən da­ha mə­tin və da­ha sağ­lam­dır. Bə­li, 10 ay­dan bə­ri hə­qi­qə­tən müs­tə­qil olan Azər­bay­can bu gün bö­yük döv­lət­lər tə­rə­fin­­dən be­lə hüs­ni-qə­bul əs­na­sın­da ol­du­ğu­na və Azər­bay­can Türk­lə­ri­nin ya­xın bir za­man­da dün­ya­nın bil­cüm­le mə­də­ni mil­lət­lə­ri ailə­si­nə ola­ca­ğı­na ümi­di­miz güc­lü­dür. Bu, be­lə ola­caq idi. Çün­ki Azər­bay­can Türk­lə­ri fər­di vü­cud ola­raq ki­şi-qa­dın, gənc-qo­ca, ka­sıb və zən­gin, iş­çi və rənc­bər, “Mü­sa­vat”, “Əh­rar”, “So­sia­list”, “İt­ti­had” xü­la­sə bü­tün mil­lət va­hid vü­cud ola­raq is­tiq­la­lı­mı­zı mü­ha­fi­zə et­mə­yə and iç­miş­dir. Çün­ki mil­lə­tin bu əz­mi­nə bir­ba­şa şa­hid olan bö­yük və de­mo­k­ra­tik İn­gil­tə­rə ko­man­da he­yə­ti, al­dı­ğı tə­əs­sü­ra­tı tə­rəf­siz, şi­şirt­mə­siz Pa­ris­də təş­kil edi­lən məh­kə­mə-küb­ra­yə kəsb edə­cə­yi şüb­hə­siz­dir”.[5] 

Yu­sif­bəy­li da­ha son­ra de­miş­dir ki, Azər­­bay­ca­nın şan və şə­rə­fi­ni mü­ha­fi­zə et­mək­lə bə­ra­bər, hö­ku­mət qon­şu­lar ara­sın­da çı­xan bü­tün prob­lem­lə­rin sülh­lə həll edil­mə­si və öz da­xi­lin­də­ki et­nik az­lıq­lar­la ba­rış için­də ya­şa­ma­sı­nın tə­rəf­da­rı­dır: “Tə­bii, bu sülh və sə­la­hın baş­qa şərt­lə­ri də var­dır, o da az­lıq­da qa­lan­la­rın haq­qı­nı ta­nı­maq­dır. Zülm və is­tib­dad al­tın­da ya­şa­yıb da “ino­ro­des” adı al­tın­da bir əsr­dən bə­ri mad­di və mə­nə­vi ba­xım­dan bir çox təz­yiq­lə­rə mə­ruz qa­lan Azər­bay­can türk­lə­ri Azər­bay­can için­də­ki bü­tün və­tən­daş­la­rı­na bir göz­lə bax­maq­la hər kə­sin öz di­lin­də oxu­yub oxu­ma­sı­na, öz di­li­ni və öz mil­liy­yə­tin­dən mü­ha­fi­zə et­mə­si­nə ica­zə et­məz­sə ta­ri­xi bir səhv et­miş olur. Onun üçün hö­ku­mət sev­gi­li Azər­bay­ca­nı­mı­zın bü­tün və­tən­daş­la­rı­mız üçün ger­çək bir və­tən ol­ma­sı­na ça­lı­şa­caq­dır”. [6]  

O, tor­paq və iş­çi mə­sə­lə­si ilə bağ­lı cid­di bir prob­le­min ol­ma­­dı­ğı­nı, ək­sə­riy­yə­tin bu­nun həl­li­nin tə­rəf­da­rı ol­du­ğu­nu de­yir­di: “Tor­­paq mə­sə­lə­si­ni qə­ti ola­raq həll et­mək, tə­bii, mil­lə­ti hə­qi­qə­tən təm­sil edə­cək Məc­lis-Mü­əs­si­sa­nın haq­qı­dır. Bu ba­rə­də bu­gün­kü hö­ku­mə­tin üzə­ri­nə an­caq bir və­zi­fə dü­şür, o da möv­zu­nu ət­raf­lı ha­zır­la­maq, tor­paq iş­lə­ri­nə da­ir bü­tün va­si­tə­lə­ri yığ­maq və ya­zıb ha­zır­la­maq və bu su­rət­lə Məc­lis-mü­əs­si­sa­na bu ağır və əhə­miy­yət­li prob­le­min asan həl­li kö­mək et­mək­dən iba­rət­dir. Bu­nun­la bir­lik­də, is­tər tor­paq və is­tər iş­çi möv­zu­sun­da bir ix­ti­laf çı­xar­sa hö­ku­mət hər za­man əmək­çi­lə­rin haq­qı­nı mü­da­fiə edə­rək öz tə­rə­fin­də ola­ca­ğı­nı vəd edir”. [7]

Yu­sif­bəy­li­yə gö­rə, mil­li hö­ku­mət üçün ifa­də azad­lı­ğı, mət­bu­at azad­lı­ğı, yı­ğın­caq azad­lı­ğı mə­də­ni və de­mok­ra­tik bir döv­lət rəh­bər­li­yi baş­lı­ca şərt­lər­dir. O, ya­zır­dı ki, bu ba­rə­də, Azər­bay­can çox döv­lət­lər­dən irə­li­də­dir və bu­ra­da gö­rü­lən bu azad­lıq­lar dün­ya­nın heç bir tə­rə­fin­də yox­dur: “Hö­ku­mət, tə­bii, mü­qəd­dəs olan bu azad­lıq­la­rı qo­ru­ya­caq. Hər kəs nə ya­zır­sa yaz­sın, hər kəs nə is­tə­yir­sə söy­lə­sin, ha­ra­da yı­ğı­şır­sa yı­ğış­sın. Yal­nız bir mə­sə­lə  var­dır ki, ona əl uzat­ma­ğa tə­həm­mül edi­lə­məz. O da Azər­bay­ca­nın is­tiq­la­liy­yə­ti mə­sə­lə­si­dir. Bu is­tiq­la­liy­yə­ti, mil­lə­tin bu mü­qəd­dəs və qa­nu­ni haq­qı­nı təh­qir et­dir­mə­mə­yə, bu ül­vi his­siy­ya­tı­na to­xun­dur­ma­ma­ğa hö­ku­mət var gü­cü ilə ça­lı­şa­caq­dır”. [8] 

Baş na­zir ol­du­ğu dövr­də Azər­bay­ca­nın Tür­ki­yə­yə, ya­xud da Ru­si­ya­ya bir­ləş­mə­si­ni tə­ləb edən “it­ti­had­çı­lar”a, de­ni­kin­çi­lə­rə, bol­şe­vik­lə­rə ümu­miy­yət­lə, is­tə­ni­lən “ihaq­çı­lar”a qar­şı çı­xan­la­rı isə Yu­sif­bəy­li dai­ma tən­qid et­miş­dir. Cüm­hu­riy­yə­tin bə­yan olun­ma­sın­dan son­ra, ilk dövr­lər­də mü­əy­yən tə­sir qüv­və­si­nə ma­lik olan os­man­lı­pə­rəst “il­haq­çı­lar”ın mil­li is­tiq­la­la qar­şı yö­nəl­miş ide­ya­la­rı­na ca­vab ola­raq Yu­sif­bəy­li de­yir­di ki, on­la­ra mü­əy­yən ob­yek­tiv sə­bəb­lə­rə gö­rə gü­zəşt­­lər get­mək olar. An­caq bu gü­zəşt­lər mil­li is­tiq­la­la xə­tər ye­tir­mə­­mə­li­dir. Nə­sib bəy de­yir­di ki, əks hal­da “is­tiq­la­lı­mı­za qar­şı yö­nəl­miş tə­ca­vü­zə qar­şı ilk əv­vəl üs­ya­na qal­xan mən özüm ola­ca­ğam”. [9]

[1] Rəsulzadə M.Ə. Nəsib bəy Yusifbəyli. “Odlu Yurt” dərgisi, 1929, № 3, s.111

[2] Tahirzadə Ədalət. Nəsib Bəy Yusifbəyli. http://www.ursad.org/MakaleGoster.aspx?ID=1047&YazarID=25

[3] Vəkilov R. Azərbaycan Respublikasının yaranma tarixi. Bakı, Elm, 1998, s.22-23

[4] Yusifbəyli N. Azərbaycan vətəndaşlarına hökumətin müraciəti. “Azərbaycan” qəzeti, №190, 28 may 1919-cu il

[5] Qəhrəmanlı Nazif. Nəsib bəy nümunəsi. Bakı, «Nurlan», 2008, s.131

[6] Yenə orada, s.132

[7] Yenə orada, s.132-133

[8] Yenə orada, s.133

[9] Azərbaycan Respublikası Dövlət Arxivi. f. 970, s.1, i. v.57.

Paylaş:

Share